Putin: Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına mane oldu
“Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasının qarşısını aldı, əks halda münaqişə həmin ilin sonunda bitəcəkdi”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
Putin pozulmuş danışıqlar prosesindən danışarkən deyib: “Cənab Conson (Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson - Qeyd) gəlib bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də əminəm ki, ABŞ administrasiyasının dəstəyi ilə həyata keçirdi. Mənim buna heç bir şübhəm yoxdur”.
Onun sözlərinə görə, İstanbul sazişini Ukrayna tərəfi paraflayıb, bu da onlara uyğun olduğunu göstərir:
“Ukrayna tərəfi və rəsmiləri açıq şəkildə bəyan ediblər ki, əgər onlar bu müqaviləni qəti şəkildə imzalasaydılar, müharibə 2022-ci ilin sonunda bitəcəkdi. Bunu biz demədik, Kiyevdəki Ukrayna rəsmiləri bunu açıq şəkildə dedilər”.