Netanyahu ABŞ Konqresinin palataları qarşısında çıxış edəcək
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ qanunverici orqanının hər iki palatasının birgə iclasında çıxış etmək üçün Amerika Konqresinin liderlərindən aldığı dəvəti qəbul edib.
“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Mən İsraili Konqresin hər iki palatasında təmsil etmək və Amerika xalqına və dünyaya ədalətli müharibəmiz haqqında danışmaq fürsətindən şadam”, – o deyib.
Hökumət başçısının ofisi bildirib ki, “Netanyahu Konqresin hər iki palatasında dördüncü dəfə çıxış edən dünyada ilk lider olacaq”.
“The Hill”in mənbəsi qeyd edib ki, çıxışın Konqresin “yaxın səkkiz həftə ərzində və ya avqust tətilindən qısa müddət sonra” baş tutacağı gözlənilir. Netanyahu bundan əvvəl 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericiləri qarşısında çıxış edib. Nəşrin məlumatına görə, Fələstini dəstəkləyən bir sıra qanunvericilər baş naziri boykot edə bilərlər.
Xatırladaq ki, Amerika Konqresinin liderləri İsrailin baş naziri Binyamin Netanyahunu ABŞ qanunverici orqanının hər iki palatasının birgə iclasında çıxış etməyə dəvət ediblər.