Avropa kitabxanalarından rus klassiklərin 170-dən çox nadir kitabı oğurlanıb
Avropa kitabxanalarında rus klassiklərinin kitablarının 170-dən çox nadir nəşri oğurlanıb və nüsxələrlə əvəz olunub.
“Report” “The New York Times”a istinadən xəbər verir ki, işlə bağlı doqquz nəfər saxlanılıb.
Onlardan dördü aprelin sonunda Gürcüstanda, üçü isə daha əvvəl Fransa polisi tərəfindən həbs edilib. Bundan başqa, Estoniya və Litvada iki nəfər tutulub.
Nəşrlərin bəziləri Moskva və Sankt-Peterburqda keçirilən hərraclarda satılıb.
Bildirilir ki, onları geri qaytarmaq faktiki olaraq mümkün olmayacaq.