Ülviyyə Fətəliyeva: Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm
Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm.
“Report” xəbər verir ki, bunu şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva hava limanında qarşılanarkən söyləyib.
“Yarış çox gərgin keçdi, yarışöncəsi hazırlıq prosesi də çox gərgin keçmişdi. Tarixi uğura imza atdığımıza görə çox sevinirəm, bu, çox qürurvericidir”, – o deyib.
Şahmatçı “bu nəticəni çoxdan gözlədiyini” bildirsə də, məhz bu yarışda “gözləntilərini bir kənara qoyaraq yaxşı şahmat oynamağa kökləndiyini” vurğulayıb.
Ü.Fətəliyeva həmçinin qələbəsini gənc şahmatçılara həsr etdiyini deyib:
“Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. Bunun onlar üçün ruhlandırıcı hadisə olmasını istərdim. Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər”.
Eyni zamanda, Avropa çempionu onu təbrik etmiş birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Yunanıstanda Avropa çempionatında qalib olmuş Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva vətənə qayıdıb.
Xatırladaq ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olmuş 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanmış Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.