Trampın müşavirləri dollardan uzaqlaşan ölkələrə qarşı sanksiyaları müzakirə edirlər
ABŞ-nin keçmiş prezidenti və Amerika lideri postuna namizəd Donald Trampın müşavirləri xarici ticarətdə ABŞ dollarından istifadə etməkdən imtina edən ölkələrə sanksiyaların tətbiqi imkanlarını müzakirə edirlər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“Dollardan başqa valyutalarla aktiv şəkildə ikitərəfli ticarət aparan həm müttəfiqlər, həm də rəqiblər üçün cəza variantları nəzərdən keçirilir. Bu tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyası ittihamı və tariflərin tətbiqi daxil ola bilər”, –agentlik bildirib.
Qeyd olunub ki, Donald Tramp seçkidə qalib gələrsə, onun komandası dedollarizasiya prosesinin bir hissəsi olaraq ticarətlərində milli valyutaların istifadəsini fəal şəkildə artıran BRICS ölkələrini hədəf almağı planlaşdırır.