Rusiyada benzin istehsalı PUA-ların hücumları səbəbindən 10%-dən çox azalıb
Rusiyada martın son həftəsində benzin istehsalı fevral ayı ilə müqayisədə 12% azalaraq gündəlik 110,7 min ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Statistika İnstitutu məlumat yayıb.
Qeyd edilib ki, dizel yanacağının istehsalı 3,5% azalaraq sutkada 231 min tona düşüb.
“Kommersant” qəzeti vurğulayıb ki, Rusiya neftayırma zavodları, əsasən, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ilkin emal qurğularının zədələnməsi səbəbindən benzin istehsalını azaldıb.
Hücumlar nəticəsində Ryazan Neft Emalı Zavodunda (AT-6 və AVT-4), Kuybışev Neft Emalı Zavodunda (AVT-4 və AVT-5), Sızran Neft Emalı Zavodunda (AVT-6) və Nijni Novqorod Neft Emalı Zavodunda qurğular (AVT-6) bağlanıb.
Benzin hasilatı aprel ayında bərpa oluna bilər, çünki zədələnmiş qurğular istismara qaytarıla bilər.