Baltimorda körpünün uçması nəticəsində azı 6 nəfər ölüb
ABŞ-ın şərqindəki Baltimor şəhərində körpünün uçması nəticəsində azı 6 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “NBC News” telekanalı “Brawner Builders” şirkətinin icraçı vitse-prezidenti Cefri Pritskerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qəzadan bir nəfər sağ çıxıb.
Qeyd edək ki, Baltimorda Frensis Skott körpüsü (qısaldılmış Key Bridge - Qeyd) çərşənbə axşamı yerli vaxtla saat 01:19-da (Bakı vaxtı ilə 09:19) Sinqapur bayrağı altında üzən “Dali” konteyner gəmisinin ona çırpılmasından sonra uçub.
Nəticədə bir neçə avtomobil körpünün metal konstruksiya ilə birlikdə suya düşüb. Merilend ştatının qubernatoru Ues Mur bölgədə fövqəladə vəziyyət elan edib.