Bu il Avropada yayın isti və quraq olacağı gözlənilir
Böyük Britaniyadan olan alimlər bu il Avropanın cənubunda yayın kəskin istilər və quraq olacağını gözləyirlər.
"Report"un məlumatına görə, bu barədə araşdırma Weather and Climate Dynamics elmi jurnalında dərc olunub.
Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzinin mütəxəssisləri müəyyən ediblər ki, Qrenlandiyada buz örtüyünün ərimə sürəti 2024-cü ilin yayında Avropada hava şəraitini necə olacağını proqnozlaşdıra bilər. Müəyyən edilib ki, Qrenlandiyada isti şərait buzlaqların əriməsinin artmasına gətirib çıxarır ki, bu da öz növbəsində ərimiş suların Atlantik okeanına daxil olması ilə nəticələnir.
Ərimiş su dəniz suyundan yüngül olduğundan okean səthində qalır və hava ilə dəniz arasında istilik mübadiləsini azaldır.
Bu, ərimiş su sahəsində küləklərin artmasına səbəb olur. Qışda küləklər Şimali Atlantika cərəyanının şimala doğru sürüşməsinə səbəb olur. Şimali Atlantika cərəyanı isə Qulf Strimin davamıdır.
İqlimşünasların proqnozuna görə, qarşıdan gələn yayda küləklər cərəyan istiqamətində hərəkət edərək şimala doğru istiqamətlənəcək. Bu, Avropaya daha isti, daha quru hava gətirən geniş miqyaslı atmosfer sirkulyasiyası şəraitini formalaşdırmağa kömək edir.
Müəyyən edilmiş hadisələr zəncirinə əsaslanaraq, alimlər okean və atmosfer şəraitinin bu il Cənubi Avropada kəskin isti və quraq yay üçün əlverişli olacağını gözləyirlər.