Bakıda mağazadan 10 min manatlıq tütün məmulatı oğurlandı
Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş üç yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.