"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Hakken" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
UEFA Avropa Liqası
VI tur
21:45. "Qarabağ" - "Hakken" (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.