Ərdoğan Yaxın Şərqdəki durumu müzakirə etmək üçün Qətərə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, dekabrın 4-də Qətərə gedir.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, günortadan sonra Qətərin paytaxtı Dohada olacaq.
R.T.Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə görüşəcək.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Onların, həmçinin Yaxın Şərqdəki durum barədə danışacaqları gözlənilir.
Səfər iki gün davam edəcək.