"Neftçi"nin futbolçusu: “Bir neçə ildən sonra böyük futbolçuların Azərbaycanda oynamaq istəyəcəklərinə inanıram”
“Bir neçə ildən sonra böyük futbolçuların Azərbaycanda oynamaq istəyəcəklərinə inanıram”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Kenni Sayef “glodniwiedzy.pl” saytına müsahibəsində deyib.
Azərbaycan barədə müsbət fikirlər səsləndirən 30 yaşlı yarımmüdafiəçi burada braziliyalı futbolçuların çoxluq təşkil etdiyini söyləyib: “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir. Müqaviləmin müddəti başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək. Etiraf edim ki, azərbaycanlılar futbolun təbliği üçün çox səy göstərdilər. Xüsusən də AVRO-2020-nin oyunlarına ev sahibliyi etməklə. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar”.
Belçikada “Anderlext” və “Gent” kimi klublarda çıxış etmiş oyunçu bu ölkənin millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi matça da toxunub. O, qarşılaşmanın “Dalğa Arena”ya salınmasına təəccübləndiyini gizlətməyib: “Qəribədir, bir ildən çoxdur burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm. Onlar 6000 yeri doldurmaqla daha yaxşı abu-hava yaratmaq istəyirlər. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, milli çempionat matçları isə yox. Həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, qonaq komandanı narahat edəcək”.
İki ölkə futbolunu müqayisə edən Sayef fərqin böyük olduğunu vurğulayıb: “Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz. Böyük səviyyə fərqi var. Amma deyə bilərəm ki, onlar Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Əllərindən gələni edəcəklər. 100 nəfərdən soruşsanız ki, kim qalib gələcək, hamısı Belçikanın adını çəkəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır. Çünki Azərbaycan millisində yaxşı futbolçular var. Komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusi tanıyıram. Yığmanın 8 üzvü legionerdir, biri İsveçrədə, biri Türkiyədə oynayır. Ancaq onları yaxşı tanımıram”.
ABŞ millisinin sabiq üzvü Belçikanın heyətində ən təhlükəli oyunçunun adını da çəkib: “Mən onlara Dokunun qarşısıalınmaz olduğunu dedim (gülür). 16 yaşı olanda “Anderlext”də onunla oynamışam. Həqiqətən də xüsusi idi. Həyatımın 6 ilini Belçikada keçirdim. Ora üçün darıxıram. Mən hələ də “Gent”i sevirəm”.
Sayef yenidən yığmaya çağırılmaq arzusundadır: “Bu, yuxu olardı. Son matçım hələ “Anderlext”də olarkən dolu “Uembli” stadionunda İngiltərəyə qarşı olub. Düşünürəm ki, baş məşqçi Azərbaycandakı çıxışlarımı izləyir. Amma milli hazırda çox güclüdür. Heyətdəki yerimi bərpa etmək asan olmayacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.