azadses.az » Manset » “Sponsor” və qızlar

“Sponsor” və qızlar

Kubra Məhərrəmova yazır...

Elə düşünürsünüz ki, “sponsor münasibətləri” ancaq bizdə və ya keçmiş SSRİ ölkələrində mövcuddur? Çox səhv düşünürsünüz. Əslində bu kimi münasibətlər bəlkə də dünyanın özü qədər qədimdir. Sadəcə əsrlər keçdikcə bu münasibətin adı da dəyişir. Daha müasirləşir.

Bu mövzuya müraciət etməyimin çox vacib səbəbi var.

Bu gün internet bizə dünyaya çıxmaq üçün çox böyük imkanlar verir. Təhsil, iş, səyahət, biznes və ən müxtəlif məqsədlər üçün istifadə oluna biləcək resurslar məhz internetdə cəmlənib. Amma hər şeyin yaxşı tərəfi olduğu kimi, ziyanlı tərəfi də var. Və bu yazını yazmaqda əsas məqsəd özümüzü və uşaqlarımızı qorumaqdır.

Belə ki, internet resurslarda, sosial şəbəkələrdə tanışlıq, dostluq kimi funksiyalar (çünki bir düymə ilə kimisə dostluğa alır və ya blok edə bilirik) daha sonra insanların rəqəmsal dünyada ünsiyyətini formalaşdırır. Bu bəzən yazılı, bəzən səsli, bəzən isə video zənglərlə müşahidə olunur. Və iki insan arasında ünsiyyət fərqli münasibətlərə keçə bilir.

Bəlkə də 30 il əvvəl kiməsə desəydik ki, vaxt olacaq, sevgi etirafları sosial şəbəkələr, yazışma platformaları üzərində ediləcək, yəqin ki, bizə ağıldan kəm deyərdilər. Amma bu gün bu, olduqca normal qarşılanır. İnsanlar artıq bu şəbəkələrdə hər anlarını, hər hisslərini, duyğularını, həyatlarında baş verənləri asanlıqla, bir düymə - bir toxunuşla paylaşırlar.

İnsanlar arasında məlumat mübadiləsinin bu dərəcədə sürətlənməsi münasibətlərin də daha tez baş verməsinə səbəb olur desək, yanılmarıq.

Belə bir el deyimi var, deyirlər “cin şüşədən çıxır”. İndi o məsəl lap yerinə düşür. Bu sosial şəbəkələrdə faydalı məlumatlarla yanaşı, ürəkaçan tanışlıqlarla yanaşı, heç xoş olmayanları, dələduzları, oğruları, cinayətkarları, pedofilləri, seksual manyakları da var.

Və bizim əsas məqsədimiz özümüzü və yaxınlarımızı rəqəmsal təhlükədən qorumaqdır. Çox zaman cinayət tərkibli hadisələri monitor arxasında daha tez anlayırıqsa, elə məsələlər var ki, onu anlayanda çox gec olur.

Qayıdıram “sponsor münasibətlərə”.

Dünyanın hər yerində yaşanan bu münasibətlər, əslində pul qarşılığında yaşanan münasibətlərin bir addan başqa ada transformasiyasıdır.

Məsələn Yaponiyada müəyyən pul qarşılığında gənc qızların yaşlı kişilərlə görüşməyi geniş yayılan təcrübədir. Bu bir yerdə restorana getmək, ünsiyyət qurmaq və s. ola bilər. Lakin Yaponiya polisinin bu saf ünsiyyət adı altında seksual xidmətin göstərildiyinə dair əsaslı sübutlar var. Bu sahədə ən çox tələbat 18 yaşına çatmamış məktəbli qızlara olduğu üçün, 2017-ci ildə dövlət sərt qanunlar tətbiq etməyə başlayıb. Qərara əsasən 18 yaşına çatmamış qızların bu kimi görüşlərdə iştirakı qadağandır. Əks halda bir il müddətinə həbs və ya bir milyon yen (9 min dollar) cərimə gözlənilir.
Bu görüşlərin baş tutmasında isə xüsusi saytlar və kommersiya təşkilatları fəaliyyət göstərir ki, onların da sayı 110-dan çoxdur. Gizlisi nə qədərdir, o barədə məlumat yoxdur. Bu saytlar qızlara rahat və şirin həyat vəd edərək, onları bu işə cəlb edirlər.

Bundan başqa Yaponiyada “papa katsu” fenomeni mövcuddur. Bu isə gənc qız və onun “sponsoru” arasında şifahi razılıq əsasında münasibətlər sistemidir. Təbii ki, bir tərəf gənc və gözəl həyatını, digər tərəf isə pul verir.

Eyni sistemlə Böyük Britaniyada saytlar fəaliyyət göstərir ki, qeydiyyatdan keçən hər bir gənc qız və ya oğlan özünə bu saytda “sponsor” tapa bilər. Bir daha qeyd edirəm ki, bu saytlar ancaq və ancaq dəbdəbəli həyat, karyera yüksəlişi və s. şirnikləndirici vədlər formalaşdırır. Sxem isə belə işləyir. Universitetlərin tələbələri saytdan qeydiyyatdan keçərək özləri barədə məlumat verir və imkanlı “sponsor”larla ünsiyyətə keçirlər.

“Sponsor” adətən çətin maddi imkanları olan tələbə qızların onlarla görüşü qarşılığında müəyyən məbləğ ödəyir. Bəzən bir tələbə qızın bir neçə “himayədarı” və ya “sponsoru” ola bilər. Bu kişilər hər ay müəyyən məbləği həmin gənc qız üçün xərcləyirlər. Britaniya KİV-nin araşdırmasına görə bu rəqəm orta hesabla 3000 funtdur. Bundan əlavə restoranda şam yeməyi, hədiyyələr və s. ola bilər. KİV-lərə 3,5 milyon britaniyalının artıq belə saytlarda qeydiyyatdan keçdiyi məlumdur. Orta statistik “sponsor münasibətlərində” olan qızlar bəzən “sponsor”larının köməyi ilə karyera yüksəlişi, geniş tanışlıqlar da əldə edirlər. Bu isə digər qız və oğlanları da belə münasibətlərə qoşulmağa təhrik edir.

Lakin qeydiyyatdan keçdikləri saytlar və onların sahibləri bütün bu gizli məqamlardan imtina edir və bildirirlər ki, bu kimi saytlar gənc və potensial gənclərin özlərinə məhz nüfuzlu, yaşca böyük olan dostların və onların istedadına dəstək verəcək böyüklərin axtarışı üçün yaradılıb.

Və hər bir sayt qeydiyyatdan keçən hər bir kəsi xəbərdar edir ki, eskort xidməti bu saytlarda qadağandır! Bununla da sayt və təsisçi özünü sığortalamış olur.

“New York Times”, BBC və digər tanınmış KİV dəfələrlə bu saytların fəaliyyəti və onların vasitəsilə görüşlərə çıxan qızlar barədə materiallar hazırlayaraq, digər gənc qızları xəbərdar etməklərinə baxmayaraq, yenə də “sponsor” axtaran insanların bu qəbildən olan saytlardan qeydiyyatdan keçməsi artan sürətlə davam edir.

Xarici KİV-də bu kimi görüşlərin potensial təhlükə saçması barədə kifayət qədər xəbərdarlıq dolu materialları, qorxunc hadisələr yaşamış şahidlərin ifadələri, müsahibələri ilə doludur. Amma və lakin yenə də qızlar “Zoluşka”nın nağılına inanırlar.

Ən yaxşı halda gənc qızlar aldadıla, yəni razılığa gəldikləri pulu almaya, ən pis halda isə zorakılıq və daha ciddi problemlərlə üzləşə bilərlər. Çünki heç vaxt görmədiyi “sponsorla” görüşə gedən gənc tələbə qızlar adətən bu barədə heç kimə danışmır, gizli gedirlər. Bu isə özündə daha böyük təhlükə gizlədir. Daha sonra isə şantaj və digər qorxulu hadisələr yaşanır.

Bu boyda yazı yazmaqda məqsədim odur ki, hər xoş söz deyən, özünü nüfuzlu adam kimi göstərən adamlara inanmaq lazım deyil. Sosial şəbəkələrdə yalan danışmaq çox asandır. İnsanlar başqa adamın adı, fotosu və səsi ilə çox asanlıqla ünsiyyətə girir, qarşı tərəf haqqında bütün məlumata malik olmağa çalışırlar.

Və ya elə qadınların özü aktiv “sponsor” axtarışında olur ki, bunun da sonu heç də hər zaman yaxşı bitmir. Bütün hallarda istər sosial şəbəkələrdə tanış olaraq, istərsə də saytlarda qeydiyyatdan keçməklə gözəl və dəbdəbəli həyat əldə etmək olmur. Bütün bu vədlər sadəcə baş aldatmaq üçün əsrlər boyu danışılan yalanlardır. Unutmayın ki, heç kim havayı heç nə vəd eləmir. Havayı pendir isə, özünüz bilirsiniz harada olur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?