İsrailli dekan: “Multikulturalizm Azərbaycan və İsrail arasında əməkdaşlığın dərinləşməsi üçün vacibdir”
“Multikulturalizm ideyası Azərbaycan və İsrail arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün vacibdir”.
Bu barədə "Report"a açıqlamasında Bar-İlan Universitetinin Təhsil fakültəsinin dekanı Zehavit Qross deyib.
"Təhsil multikulturalizm ideyalarının inkişafı üçün mühüm vasitəçidir. Biz Azərbaycan və İsrail arasında bu sahədə elmi layihələri aktivləşdirməli, sülhün möhkəmləndirilməsinə, tələbələrin sülh ruhunda tərbiyə olunmasına töhfə verməliyik", - o bildirib.
Z.Qross vurğulayıb ki, kreativliyi tətbiq etmək və bu ideyaya ciddi yanaşmaq, onu daha da təkmilləşdirmək, təhsil proqramlarına inteqrasiya etmək lazımdır:
“Əgər biz bu təşəbbüsü həqiqətən həyata keçirsək, yeni, heç vaxt görülməmiş bir şey əldə edə bilərik”.