Neft müxtəlif amillərin təsiri altında cüzi ucuzlaşıb
- 6-07-2023, 10:03
- Manset / İqtisadiyyat
Tələblə bağlı narahatlıqlar və ABŞ-da kommersiya ehtiyatlarının azalması gözləntiləri fonunda neft qiymətləri cüzi düşüb.
“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,34 % ucuzlaşaraq 1 bareli 76,39 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,13 % düşüb və 1 bareli 71,7 ABŞ dolları təşkil edib.
İşgüzar aktivliklə bağlı mənfi statistika treyderlərin neftə tələbin bərpa perspektivləri ilə bağlı narahatlıqlarını dəstəkləyir.
Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) hesablamalarına görə, iyunun 30-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 4,4 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər isə ehtiyatların 1 milyon barel azalacağını güman edirlər.