azadses.az » Manset » Azərbaycan asayişinin fədakar təminatçısı: 105 il mübariz keşikdə

Azərbaycan asayişinin fədakar təminatçısı: 105 il mübariz keşikdə

Bu gün - iyulun 2-i Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü qeyd edilir.

"Report" xəbər verir ki, bu müddət ərzində polis işçilərimiz Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində misilsiz işlər görüblər. Vətəndaşların təhlükəsizliyinin təmin olunmasından tutmuş asayişin qorunmasına, cinayətkarlıqla, narkotik vasitələrlə mübarizəyə qədər ən müxtəlif aspektlərdə görülmüş işləri saymaqla bitirmək olmaz.

Müstəqilliyimizin ilk illərində, yəni 1918-1920-ci illərdə ölkədə sabitlik hələ təmin olunmamışdı. Şübhəsiz, bu, tamamilə təbi idi. Bir çox dövlətlərin ilk müstəqillik illərində oxşar çətinliklər olub. Amma həmin ölkələrin heç də hamısı bu problemlərin öhdəsindən layiqincə gəlməyi bacarmayıb.

Xüsusilə qeyd edək ki, müstəqilliyimizin ilk illərində dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisi çox ciddi iş görüb. Məhz bunun nəticəsində ölkəmiz gələcəyə doğru daha inamlı addımlar atdı. Sonrakı mərhələdə - SSRİ dövründə də Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar öz peşəkarlığı ilə daim seçildi. Asayiş keşikçilərimiz vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

Eyni fəaliyyət XX əsrin sonlarında, Azərbaycan tarixinin xüsusi mərhələsi hesab edilən Birinci Qarabağ müharibəsi dövründə də özünü göstərdi. Belə ki, savaş ərzində hərbçilərimizlə yanaşı, polislərimiz də daim ön cəbhədə oldular. Döyüşlər nəticəsində ümumilikdə 1 700-ə yaxın polis şəhid oldu. Təkcə bu fakt onu deməyə əsas verir ki, polislərimiz lazım gələndə ön cəbhədə də olur, sərhədçilərimizlə, hərbçilərimizlə birlikdə sinələrini düşmənə sipər etməyə hazırdır.

Azərbaycan polisinin fədakarlığı daim yüksək qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin daim diqqətdə saxlanılıb. Polis əməkdaşlarının əməyinə də ən böyük dəyər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox sahələrdə olduğu kimi, polis əməkdaşlarına münasibətdə də Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalıb. Belə ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində polis əməkdaşlarımızın rifahını daim diqqətdə saxlayıb, asayis keşikçilərimizin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atılıb.

Polislərimiz dövlət rəhbərliyinin onlara göstərdiyi etimadı daim doğrultmağa çalışıb. Bunun ən bariz nümunəsi kimi onların koronavirus pandemiyası dövründəki fəaliyyətini qeyd edə bilərik. Şübhəsiz, Azərbaycan polisi pandemiya zamanı üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Prezident İlham Əliyev həmin vaxt polislərimizin fəaliyyəti barədə bunları demişdi: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları şücaətlərini Vətən Müharibəsində bir daha nümayiş etdirdilər. 44 günlük müharibədə Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1 690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bir sözlə, motivinin, səbəbinin nə olmasından asılı olmayaraq Azərbaycan polisi bütün cinayətlərə qarşı uğurlu mübarizə aparır. Məhz bunun nəticəsidir ki, statistik göstəricilər baxımından, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır.

Ötən il Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 89,7%-i açılıb.

Ağır və xüsusilə ağır cinayətlərin 85,3%-i, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2%-i açılıb.

Bütün bunlar Azərbaycan polisinin uğurudur. Sabah onların günüdür. Yenə də xidmət başında - yolda, təhlükəli əməliyyatlarda, naryadlarda olacaqlar. Onlar üçün belə xüsusi günlər, demək olar ki, yoxdur, çünki polislərimiz ölkədəki asayişin onurğa sütunudur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?