KİV: “Priqojın Ukraynaya Rusiya SQ-nin mövqeləri barədə məlumat verməyə hazır idi”
Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojın Ukraynaya “vaqnerçilər”in ağır itkilər verdiyi Baxmutdan Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin geri çəkməsi müqabilində Rusiya qoşunlarının mövqeləri barədə məlumat verməyə hazır idi.
“Report” xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, amma Ukrayna tərəfi bununla razılaşmayıb. Y.Priqojının muzdlularının ciddi itkilərlə üzləşdiyi Baxmutla bağlı təklifi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bu ilin yanvarında veribmiş.