Səudiyyə Ərəbistanı və İran arasında səfərlər yeddi il sonra bərpa edilir
Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səfərinə qoyulan qadağa aradan qaldırılıb.
Bu barədə İran Turoperatorları Assosiasiyasının İdarə Heyətinin sədri Harmətullah Rəfii xəbər verib.
İki dövlətin səfirliklərinin yenidən açıldığını xatırladan assosiasiya rəhbəri səfərlərin bərpa ediləcəyini vurğulayıb.
“İran və Səudiyyə Ərəbistanı arasında əlaqələr təxminən yeddi ildən sonra quruldu. Bu illər ərzində özəl sektorun tələblərindən biri də münasibətlərin bərpası və iki ölkə arasında səfərlərin artırılması olub. İranın bəzi şəhərləri ilə Səudiyyə Ərəbistanı arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı ilkin danışıqlar və razılıqlar əldə olunub”, - deyə o vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında əlaqələr 2016-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanında şiə məzhəbli tanınmış din xadimi Şeyx Nimrin edamından sonra pisləşmişdi. Həmin hadisə fonunda İranda etiraz aksiyaları başlamış, Səudiyyə Ərəbistanının Məşhəddə və Tehrandakı diplomatik qurumlarına hücumlar edilmişdi. Bununla da ölkələr arasında diplomatik əlaqələr dayandırılmış, Səudiyyə Ərəbistanı öz vətəndaşlarının İrana girişini qadağan etmişdi.
Mənbə: ISNA