KİV və QHT nümayəndələri üçün təlim keçirildi - Foto
- 14-12-2021, 20:38
- Manset
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV və QHT nümayəndələri üçün “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilib.
“Azadsəs.az” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd agentliyin fəaliyyətini və ümumilikdə icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə QHT ilə tərəfdaşlığı gücləndirməkdir.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu işdə media ilə qeyri-hökumət təşkilatlarının rolu böyük əhəmiyyət daşıyır.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə bildirib ki, bu günə qədər təşkil edilən 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirak etdiyi müxtəlif təlimlər və ixtisasartırma proqramlarına 450-dən çox media nümayəndəsi cəlb olunub.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.