Deputat: "Azərbaycanda 600 min nəfər qeyri-rəsmi çalışan işçi var"
- 13-02-2021, 13:17
- Manset
Fevralın 13-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, MM-dən daxil olan məlumata görə, komitə sədri Musa Quliyev iclası açaraq bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.
Komitə sədri diqqətə çatdırıb ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir.
Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.
Layihə barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, Azərbaycan Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.2-ci bəndinə əsasən vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma məqsədilə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasını təmin etmək üçün Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Mülki Məcəllədə və digər normativ hüquqi aktlarda dəyişikliklər nəzərdə tutulub. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır.
Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
Qeyd edilib ki, Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir. Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.
Onlayn iclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlardan Səttar Möhbalıyev, Jalə Əliyeva, Vüqar Bayramov, Ziyad Səmədzadə, Aqil Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov, Rauf Əliyev Mülki Məcəlləyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, sənədin əmək qanunvericiliyinin möhkəmləndiriıməsi işinə töhfə verəcəyini söyləyiblər. Millət vəkilləri problemin aktuallığını qeyd edərək, qısa zaman kəsiyində ölkədə əmək müqavilələrinin bağlanması sahəsində görülən işləri təqdir ediblər, bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda komitə üzvü Əziz Ələkbərov, Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları da iştirak ediblər.