Главная > Kriminal > Qanunsuz silah-sursat saxlayan Cəlilabad sakini tutuldu - FOTO

Qanunsuz silah-sursat saxlayan Cəlilabad sakini tutuldu - FOTO


17-08-2020, 09:28. Разместил: azadses
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Hacızadə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
Keçirilən şəxsi axtarış zamanı O.Hacızadənin əlindəki çantadan “Parabellum” markalı tapança, həmin silaha aid bir ədəd sandıqça və doqquz ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Вернуться назад