Главная > Kriminal > Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb
Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb5-09-2023, 10:29. Разместил: azadses |
Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Şirvan Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. Вернуться назад |