Главная > Kriminal > Əvəz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Əvəz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb


15-03-2023, 12:09. Разместил: admin
Əvəz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

“Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynalov və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qurumun İstintaq idarəsində aparılan istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə onun və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Вернуться назад