Главная > Kriminal > Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verildi
Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verildi3-03-2023, 17:15. Разместил: admin |
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib. APA-nın əldə etdiyi xəbərə görə, istintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisə 3 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. Вернуться назад |