Главная > Kriminal > Müğənniləri şantaj edən Maqsud Mahmudov yenidən hakim qarşısına çıxarılır

Müğənniləri şantaj edən Maqsud Mahmudov yenidən hakim qarşısına çıxarılır


9-01-2023, 14:41. Разместил: admin
Müğənniləri şantaj edən Maqsud Mahmudov yenidən hakim qarşısına çıxarılır

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd: Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. Maqsud Mahmudov həmin müğənniləri şantaj edib.
Вернуться назад