Главная > Kriminal / Manset > Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib
Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib6-01-2023, 11:40. Разместил: admin |
Naxçıvanda yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib. Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb. Qeyd edək ki, “Gəmiqaya Şirkəti” MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir. Xatırladaq ki, dünən valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib. Вернуться назад |