Главная > Kriminal > Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı
Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı29-12-2022, 09:26. Разместил: admin |
kvadratmetr, 28,8 kvadratmetr, 16,7 kvadratmetr, 96 kvadratmetr, 28,8 kvadratmetr ümumi sahədən ibarət tikililər, 40,5 kvadratmetr tikintialtı sahəli talvar və 218,6 kvadratmetr tikintialtı sahəli hovuz (dəyəri 646 000 manat), Kürdəmir şəhəri “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kvadratmetr tikili, 24 000 nar kolu (dəyəri 208 600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadratmetr, 24,6 kvadratmetr, 18,60 kvadratmetr, 13,8 kvadratmetr, 16 kvadratmetrdən ibarət qarajlar (dəyəri 96 000 manat), Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadratmetr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3 178 000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası (dəyəri 4 500 000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145 000 manat)”. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub. Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Вернуться назад |