Главная > Kriminal > “Berlin Pub”da qətl törədən idmançı ilə bağlı QƏRAR VERİLDİ

“Berlin Pub”da qətl törədən idmançı ilə bağlı QƏRAR VERİLDİ


1-12-2022, 12:37. Разместил: admin
Bakı Apellyasiya Məhkəməsində “Berlin Pub”da qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlu aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyüb. V.Mustafayev qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri alıb. O, xəstəxanada ölüb.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Вернуться назад