Главная > Kriminal / Manset > On bir il bağlı qalan qətl üzrə cinayət işi yenidən icraata verilib

On bir il bağlı qalan qətl üzrə cinayət işi yenidən icraata verilib


30-11-2022, 14:19. Разместил: admin
Bakının Xətai rayonunda 11 il əvvəl qətl hadisəsi törətməkdə təqsirli bilinən Əhəd Salahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu qətl hadisəsi ilə bağlı istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu il cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1985-ci il təvəllüdlü Əhəd Salahov yaxın dostluq, eyni zamanda qohumluq əlaqələri olan Firudin Məmmədov ilə zərərçəkmiş İlkin Qurbanov arasında münaqişə olub.

Şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişənin gedişində F.Məmmədovun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq Ə.Salahovun 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən, hadisədən qısa müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhəri, Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti alətlə kəsərək intihar edib.

2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Вернуться назад