Главная > Kriminal / Manset > Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları - VİDEO
Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları - VİDEO9-11-2022, 12:18. Разместил: admin |
Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin etirafları yayımlanıb. Bu barədə görüntülər “Xəzər TV”də yayımlanan və Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətindən bəhs edən “Qartal Zirvədə” sənədli filmində yer alıb. Qeyd edək ki, Aydın Zəkiyev ötən ilin oktyabrında DTX tərəfindən saxlanılıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb. Вернуться назад |