Главная > Kriminal > Yevlax sakinindən iki kiloqram marixuana aşkar olunub - FOTO
Yevlax sakinindən iki kiloqram marixuana aşkar olunub - FOTO22-10-2022, 13:12. Разместил: admin |
![]() Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Cabir Əmirov saxlanılıb. Aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. ![]() Вернуться назад |