Главная > Kriminal > Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş
Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş14-10-2022, 14:20. Разместил: admin |
![]() “Unikal”ın əldə etdiyi məlumata görə, M.Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış. Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb. M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. Xatırladaq ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Вернуться назад |