Главная > Kriminal > Bakıda evdən seyf oğurlanıb

Bakıda evdən seyf oğurlanıb


10-10-2022, 16:23. Разместил: admin
Bakıda evdən seyf oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qol saatı və içərisində 2000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eldəniz Muradov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Вернуться назад