Главная > Kriminal / Manset > Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI
Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI28-07-2022, 21:42. Разместил: admin |
“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb”. Bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib. O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb: “Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”. Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb. Вернуться назад |