Главная > Kriminal / Manset > Arvadını küçədə öldürən şəxs onu 16 yaşında qaçırıbmış - TƏFƏRRÜAT
Arvadını küçədə öldürən şəxs onu 16 yaşında qaçırıbmış - TƏFƏRRÜAT28-07-2022, 13:48. Разместил: admin |
Dünən Balakən şəhərində 27 yaşlı Elton Layicovun həyat yoldaşı, 2001-ci il təvəllüdlü Emilya Əbdürrəhmanovanın boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən bir neçə gün əvvəl E.Əbdürrəhmanova həyat yoldaşı ilə bağlı polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin 27 yaşlı Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına bıçaqla bir neçə xəsarət yetirib. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Bildirilib ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda - 2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin təxminən 1 həftə əvvəl onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elton Layicov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir. Вернуться назад |