Главная > Kriminal > İŞİD-lə əlaqədə günahlandırılan fransız şirkəti mühakimə olunacaq
İŞİD-lə əlaqədə günahlandırılan fransız şirkəti mühakimə olunacaq19-05-2022, 13:00. Разместил: admin |
Fransanın “Lafarge” şirkəti İŞİD-i maliyyələşdirdiyinə görə “insanlığa qarşı cinayətlərdə iştirak” ittihamı ilə mühakimə olunacaq. Yayılan məlumatlara görə, sement istehsalçısı Suriyada terror təşkilatının fəaliyyətinə yardım göstərməkdə günahlandırılır. Fransa Ali Məhkəməsinin 2021-ci ilin sentyabrında təsdiqlədiyi ittiham bu gün Paris Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Bununla da, “Lafarge” şirkətnə qarşı istintaqın davam etdirilməsinə qərar verilib. Qeyd edək ki, sement istehsalçısına qarşı ilk iddialar hələ 2017-ci ildə irəli sürülüb. Вернуться назад |