Главная > Kriminal > Beynəlxalq axtarışda olan azərbaycanlı SAXLANILDI

Beynəlxalq axtarışda olan azərbaycanlı SAXLANILDI


30-04-2022, 16:26. Разместил: admin
İnterpol xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiyada saxlanılıb.

Azadsəs.az-ın əldə etdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən 1983-cü il təvəllüdlü Mütəllimov Loğman Gülağa oğlu çoxsaylı oğurluqlarda təqsirli bilindiyi üçün İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışa verilən həmin şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçü tədbirlər görülür.
Вернуться назад