Главная > Kriminal / Manset > 10 il həbs cəzası alan sabiq icra başçısının müsadirə edilən mülkləri - SİYAHI
10 il həbs cəzası alan sabiq icra başçısının müsadirə edilən mülkləri - SİYAHI16-04-2022, 17:19. Разместил: admin |
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısı məlum olub. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, iş üzrə “DOST İş Mərkəzi” MMC-nin mülki iddiası təmin edilib. Belə ki, İ.Vəliyevdən 181 459 manat alınıb, MMC-nin xeyrinə verilməsi barədə hökm çıxarılıb. Hökmə əsasən, onun 12 əmlakı dövlət nəfinə xüsusi müsadirə edilib. İ.Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısını təqdim edirik: Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2 B, mənzil 32, Gəncə şəhəri, Nizami rayonu, Fətəli Xan Xoyski küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 535-ci məhəllədə yerləşən 1,6 kvadratmetr qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 45, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2, Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, altıotaqlı 151,5 kvadratmetr yaşayış, 306,6 kvadratmetr köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi, Qobustan rayonu, Xilmilli kəndində 3,69 ha torpaq sahəsində yerləşən 2302,1 kvadratmetr ümumi, 2302,1 kvadratmetr əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası), Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0,1025 ha torpaq sahəsində yerləşən yeddigirişli, 234,3 kvadratmetr ümumi, 234,3 kvadratmetr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, “Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan və Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 341A ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kvadratmetr olan “Yurdum” adlı ictimai iaşə obyekti, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kvadratmetr əraziyə bitişik 1600 kvadratmetr torpaq sahəsi və üzərindəki tikili. Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub. Вернуться назад |