Главная > Kriminal > Penitensiar xidmət və polis birgə əməliyyat keçirdi - Foto

Penitensiar xidmət və polis birgə əməliyyat keçirdi - Foto


5-04-2022, 19:25. Разместил: admin
Penitensiar xidmətin əməliyyat aparatı və polis əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

“Azadsəs.az” xəbər verir ki, Bakı İstintaq Təcridxanasının əməkdaşlarının iştirak etdiyi əməliyyat Qaradağ rayonu, Qobu park yaşayış kompleksində baş tutub. Ərazidəki tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад