Главная > Kriminal > Deputatın bacısı oğlunu maşınla vurub öldürən şəxsə hökm oxundu
Deputatın bacısı oğlunu maşınla vurub öldürən şəxsə hökm oxundu1-04-2022, 21:47. Разместил: admin |
Hacıqabul rayon Məhkəməsində ötən il dekabrın 1-də axşam saat 19:35 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yolu keçməyə çalışan Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu idarə etdiyi “VAZ2107” markalı avtomobillə vurub öldürən 1995-ci il təvəllüdlü Alik Əzizova hökm oxunub. “Azadsəs.az”ın məlumatına görə, A.Əzizov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə sürücünün üç il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib. Qeyd edək ki, hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur. O, iki il əvvələ kimi Hacıqabul RPŞ-də çalışıb. Mərhumun ailəsi hadisəni törətmiş sürücünün ailəyə maddi yardım etməklə bağlı təklifindən imtina edib. Вернуться назад |