Главная > Kriminal > “Makarov” satarkən tutuldu

“Makarov” satarkən tutuldu


28-03-2022, 17:25. Разместил: admin
Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən paytaxt sakini, əvvəllər məhkum edilmiş Tərlan Səfərov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.

Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Вернуться назад