Главная > Kriminal > Narkotik satan 3 nəfər həbs edildi

Narkotik satan 3 nəfər həbs edildi


22-03-2022, 15:22. Разместил: admin
Yevlaxda narkotik satan 3 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar.

R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb. T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Вернуться назад