Главная > Kriminal / Manset > Beş il əvvəl Ayşənin öldürülməsinə görə daha iki nəfər tutuldu
Beş il əvvəl Ayşənin öldürülməsinə görə daha iki nəfər tutuldu19-03-2022, 21:13. Разместил: admin |
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağsuda beş il əvvəl törədilən cinayətlə bağlı daha bir məlumat yayıb. "Azadsəs.az"a daxil olan məlumatda deyilir: “Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar. Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb”. Вернуться назад |