Главная > Kriminal > 5 kq heroin satan şəxs tutuldu

5 kq heroin satan şəxs tutuldu


17-03-2022, 21:22. Разместил: admin
Bakının Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 5 kiloqram heroin aşkar edilib.

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Вернуться назад