Главная > Kriminal / Manset > Yeniyetmə qızı zorlayan 62 yaşlı kişi ilə bağlı qərar verildi
Yeniyetmə qızı zorlayan 62 yaşlı kişi ilə bağlı qərar verildi14-03-2022, 22:38. Разместил: admin |
Gəncədə sağlamlıq imkanları məhdud 17 yaşlı qızı zorlamaqda təqsirləndirilən 62 yaşlı Rəşid Gözəlov barəsində həbs qətimkan tədbiri seçilib. "Azadsəs.az" xəbər verir ki, Kəpəz Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Gəncədə yetkinlik yaşına çatmayan qızın qonşusu R.Gözəlov tərəfindən zorlanaraq hamilə qoyulması barədə məlumat yayılmışdı. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. R.Gözəlov saxlanılaraq məsuliyyətə cəlb edilib. Вернуться назад |