Главная > Kriminal > Oğrularla bağlı sürücülərə xəbərdarlıq edildi
Oğrularla bağlı sürücülərə xəbərdarlıq edildi13-03-2022, 17:24. Разместил: admin |
“Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağın əlinə vermək, yaxud əl çatan etmək cinayətkara fürsət verir”. “Azadsəs.az” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat yayıb. “Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər. Bundan başqa, hər hansı əşyanı avtomobilin görünən yerində saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır”, - deyə DİN rəsmisi sürücülərə xəbərdarlıq edib. Вернуться назад |