Главная > Kriminal > 13 min 600 silahı məhv etdilər
13 min 600 silahı məhv etdilər12-11-2021, 12:41. Разместил: admin |
Çili hökuməti əməliyyatlar əsnasında ələ keçirilən və ya könüllü olaraq vətəndaşlar tərəfindən təhvil verilən 13 min 600 silahı məhv edib. “Azadsəs.com” xarici KİV-ə istinadən xəbər verir ki, tədbirə dövlət başçısı Sebastian Pinera da qatılıb. Məhv edilən silahlar arasında tapançalar, ov tüfəngləri və uzun lüləli tüfənglər yer alıb. Bütün silahlar əridilib. S.Pinera bunun cinayətkarların əlindəki silah dövriyyəsini azaltmaq və vətəndaşların təhlükəsizliyi məqsədi daşıdığını bildirib. Вернуться назад |