Главная > Kriminal > Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib


20-10-2021, 10:07. Разместил: admin
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil Bakı Olimpiya Stadionunun qarşısında yolu keçən təqribən 38-40 yaşlı kişini (ad və soyad dəqiqləşdirilir-red) vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад