Главная > Kriminal / Manset > Bakı sakini Hacıqabulda ölü tapılıb

Bakı sakini Hacıqabulda ölü tapılıb


2-10-2021, 13:47. Разместил: azadses
Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA


Вернуться назад