Главная > Kriminal / Manset > Bakıda üzüm kollarının kəsilməsinə görə cinayət işi açıldı

Bakıda üzüm kollarının kəsilməsinə görə cinayət işi açıldı


3-09-2021, 09:07. Разместил: azadses
Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.

Xətai Rayon Prokurorluğundan aparılan araşdırma materiallarına əlavə edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Вернуться назад